“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar idxal etmək istəyən idxalatçı və ya onun səlahiyyətli nümayəndəsi həmin məhsullar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada bildiriş göndərməlidir.
Bildirişin göndərilməməsi idxalatçının inzibati məsuliyyətinə səbəb olur.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilmiş 2024-cü il 27 dekabr tarixli dəyişikliyə əsasən, müvafiq qaydada elektron qaydada bildirişin göndərilməməsinə görə vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Sözügedən dəyişikliklə bağlı maddənin (220.10)
2025-ci il 1 mart tarixində
qüvvəyə mindiyini diqqətinizə çatdırır və idxal müraciətləri zamanı nəzərə alınmasını xahiş edirik.



